Ölkə futbolu

“Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər” – millimizin baş məşqçisi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Bakıda təşkil olunmuş 10 günlük təlim-məşq toplanışı başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, hazırlıq müddətində 3 yoxlama oyunu keçirən komandanın baş məşqçisi Azər Məmmədov toplanışla bağlı fikirlərini AFFA-nın rəsmi saytına bildirib:

“Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı. Əsasən texniki-taktiki çalışmalara üstünlük verdik, 3 yoxlama matçı keçirdik. Futbolçuların güclü komandalarla qarşılaşmada necə təsir bağışladığını görmək üçün rəqib qismində yaşca daha böyük kollektivləri seçdik. U-17 milli komandamızla yanaış, 4-5 yaş böyük futbolçulardan qurulmuş “Keşlə” və “Sabah”ın əvəzedici heyəti ilə qarşılaşdıq. Hər üç oyunda məğlub olmağımıza baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Müsbət keyfiyyətlərlə yanaşı mənfiləri də gördük. Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq. Çünki bu uşaqlarla nə qədər çox bir yerdə olsaq, onlardan nə istədiyimizi daha çox anlayacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43