Ölkə futbolu

Bəxtiyar Həsənalızadə yubiley oyununu keçirib

Bəxtiyar Həsənalızadə Premyer Liqada 150-ci oyununu keçirib

Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Zirə” qarşılaşması müdafiəçi Bəxtiyar Həsənalızadə üçün əlamətdar olub. Belə ki, “14 nömrə” Premyer Liqada 150-ci oyununu keçirib.
2011/12 mövsümündən etibarən “Sumqayıt”ın şərəfini qoruyan Həsənalızadənin yubileyi 7-ci mövsümündə gerçəkləşib. Qeyd edək ki, Bəxtiyar meydana çıxdığı 150 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43