Kateqoriyasız

“Qarabağ” – “Dandolk”: biletlər satışa çıxarıldı

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya “Dandolk”u ilə cavab matçının biletləri bu gündən satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulbar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, “Qarabağ” – “Dandolk” matçı iyulun 31-i, saat 21.00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43