“Neftçi”nin üzvü Donald Gerye ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”a transfer olduğu vaxt üzləşdiyi çətinlikdən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, “Haiti-Tempo” nəşrinə açıqlama verən Gerye bunları deyib:
“Visla” ilə “Volfsburq”a qarşı yoldaşlıq görüşündə qol vurdum və yaxşı oyun keçirdim. Sonra Almaniya təmsilçisinin nümayəndələri klubla əlaqə saxladılar. Ancaq Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu. Azərbaycanda ilk dəfə müqavilə imzalamaq istədiyim vaxt da eyni çətinliyi yaşadım. Pasport məsələsi işimi asanlaşdırmadı. Buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun. Milliyə çağırılan futbolçuların xaricdə oynamasını asanlaşdırmaq üçün diplomatik pasporta sahib olmalarına icazə verməyə çağırıram”.
Gerrye 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. O, keçən ilin yayından “Neftçi”də çıxış edir.