İngiltərənin London və Niderlandın Amsterdam şəhərləri UEFA-ya AVRO-2020-ni keçirməklə bağlı rəsmi təminat verməyib.
İdmanxeber.az-ın məlumatına görə, bu paytaxtlar 2021-ci ildə keçirilməsi nəzərdə tutulan final mərhələsinin görüşlərini qəbul etməyə hazır olduğunu təsdiqləməyib. “The Times” yazır ki, məhz bu səbəbdən UEFA İcraiyyə Komitəsinin mayın 27-də keçirilməsi planlaşdırılan videokonfransının vaxtı iyunun 17-nə dəyişdirilib.
Xatırladaq ki, Bakı da daxil olmaqla digər şəhərlər UEFA-ya lazımi zəmanət göndəriblər.