Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb. Məşq zamanı zədə alan qolkiper əməliyyat olunacaq və azı 2 ay yaşıl meydanlardan kənar qalacaq.
29 yaşlı qapıçı UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı buraxacaq.