Dünya futbolu

Nazarov komandasına qələbə qazandırdı

Millimi,in sabiq futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” Almaniya 3-cü Bundesliqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 18-ci turda səfərdə “İnqolştad”la qarşılaşıb. 3 qolun qeydə alındığı matçda “Ersgebirge” qələbə qazanıb.

Nazarov bu matçda start heyətində meydana çıxıb və komandasına qələbə gətirən qolun müəllifi olub. O, penaltidən fərqlənib.

Hazırda komanda 17 xalla 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43