Dünya futbolu

“Yuventus”a oyunçularından şad xəbər

“Yuventsu”un zədəli futbolçuları Duşan Vlahoviç və Pol Poqba yenidən yaşıl meydanlara qayıdır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilir ki, hər iki oyunçu da komanda ilə məşqlərə başlayıb.

Mənbə futbolçuların konkret hansı görüşdə meydana çıxacaqları bildirməyib. Ancaq Poqba və Vlahoviçin yanvarın sonunda tam hazır olacağı vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43