İngiltərənin “Arsenal” klubu növbəti transferini rellaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi İtaliyanın “Spetsiya” klubundan polşalı müdafiəçi Yakub Kivyoru heyətinə qatəb.
22 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Polşalı yeni komandasında 15 nömrəli forma geyinəcək.
Kivyor Polşa millinin də üzvüdür.