“Xetafe” klubunun futbolçusu Enes Ünal mövsüm sonu komandasını dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millsinin üzvü göstərdiyi performansla diqqətləri üzərinə çəkməyi bacarıb. Enes La Liqada çıxış edən böyük klubların maraq dairəsindədi.
Ünalın adı “Atletiko”, “Sevilya” və “Barselona” kimi klublarla hallanır.
O, cari mövsüm komandasının vurduğu 30 qolun 14-nün müəllifidir.