İdman

AAF 2014-cü ilin yekunlarını başa vurub

Sona çatan 2014-cü il Azərbaycan alpinizm federasiyası üçün müxtəlif tədbir və ekspedisiyalarla zəngin olub. Ənənəvi yüksək ekspedisiyaların sayı o qədər də çox olmasa da, AAF təlim-məşq toplantıları, müxtəlif ölkələrdə müxtəlif dağ massivlərində ekspedisiyalar, klub yarışları və AAF kuboku keçirib, beynəlxalq düşərgələrdə iştirak edib.

Lakin, bu barədə ardıcıllıqla danışaq.

2014-cü ildə AAF Beynəlxalq xizək alpinizmi federasiyası ISMF-nın üzvü olub.

Bu il həmçinin AAF sıralarına yeni bir klub əlavə olunub – Dolphin Baku NDL. Bu klubun əsas istiqaməti yüksək dağlarda dayvinqdir, onun üzvləri, yüksək dağlarda yerləşən göllərin dərinliklərini öyrənirlər. Yarnmasından cəmi bir ay keçəndən sonra azərbaycanlı dayverlər artıq Misirə yollandılar – ixtisasın artırılması və xarici kolleqalarla bilik mübadiləsini aparmaq üçün. Azərbaycanda dayverlər yüksək dağda dalma məqsədi ilə bir neçə ekspedisiya keçiriblər.

2014-cü ilin yanvarında AAF üzvü Rauf Zeynalov Fransada uğurla təhsil alıb, buzadırmanma və draytulinq üzrə milli çempionatlarda UİAA marşrut hazırlayıcısı vəzifəsini alıb.

Həmin ilin aprelində AAF-nın prezidenti İsrafil Aşurlı və alpinist Firuz Dadaşov Himalayın Şişabanqma (8027 m) zirvəsinə qalxmağa çalışıblar. Uğurla keçən ekspedisiya, təəssüf ki, komanda liderinin xəstələnməsi ilə əlaqədar olaraq, zirvəyə bir addım qalmış dayandırıldı.

Yazda və yayda AAF tərkibinə daxil olan müxtəlif klubların alpinistləri fəal şəkildə bir neçə qalxma həyata keçiriblər: Avropanın ən yüksək zirvəsi Elbrusa (5642 m), İranın Savalan (4813 m) dağına, üç dəfə Kazbekə (5033 m), Mauxi massivinin bir neçə zirvəsinə və Kamçatkada Klyuçevskaya Sopkaya (4750 m) ekspedisiya təşkil ediblər.

Bundan savayı RATK klubundan olan Azərbaycan alpinistləri Qırğızıstanın Alarçasında qış toplanışlarını uğurla təşkil edib, DİK, “İrbis” və NİKOYL klubları Gürcüstanda 3 təlim-məşq toplanışı proqramını keçirib, dağ turistləri isə bu ölkədə bir neçə turist yürüşü ediblər.

Öz klublarından başqa AAF, sıralarına daxil olmayan klublara da (misal üçün, “Murov” klubuna – Elbrusa qalxan zaman), xarici idmançılara da dəstək göstərib. Belə ki, avqust ayında iranlı alpinistlər qrupu azərbaycanlı alpinist Sirxan Məmmədovun rəhbərliyi altında Kazbekə qalxıblar.

Bu il federasiya həmçinin də ağır itkilərə məruz qalıb. Belə ki, oktyabrın 21-də Himalayın Ama Dablam (6814 m) zirvəsindən enən zaman AAF-nın üzvü Murad Aşurlı faciəvi şəkildə həlak olub. Murad, bu əfsanəvi zirvədə Azərbaycan bayrağını yellədən ilk alpinist olub.

Dekabrda Azərbaycan məktəbliləri Tirol Alpları, Avstriyada keçirilən Xizək alpinizmi üzrə Beynəlxalq uşaq düşərgəsində iştirak ediblər. Gənc idmançılarımız ölkələrini uğurla təqdim ediblər. Qeyd edək ki, Azərbaycan belə bir tədbirdə iştirak edən yeganə MDB ölkəsi olub.

Bununla yanaşı, dekabrda Azərbaycan alpinizm federasiyasının draytulinq üzrə Kuboku keçirilib, bu da 2014-cü ili sonlandıran tədbir olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43