İdman

AFFA Ağasəlim Mircavadovun 70 illik yubileyini belə təbrik etdi – FOTO

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov əməkdar məşqçi, “Şöhrət” ordeni lauretı, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla görüşüb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş katib A.Mircavadovu 70 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Yubilyar göstərilən diqqətə görə AFFA rəbhərliyinə minnətdarlığını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43