İdman

AFFA İnqilab və Orxan Məmmədovların “sarı”sını ləğv etdi

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının XXIV turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.

İdmanxeber.com-un məlumatına görə, İK iki referinin səhvini də düzəldib.

 
“Keşlə” – “Zirə” (2:1) matçının baş hakimi Orxan Məmmədov 45-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə vermişdi. “Neftçi” – “Qəbələ” (1:0) qarşılaşmasında isə İnqilab Məmmədov 63-cü dəqiqədə bakılıların yarımmüdafiəçisi Emin Mahmudovu ikinci sarı vərəqə ilə meydandan qovmuşdu.
 
İntizam Komitəsi epizodların video yazısına baxdıqdan sonra referilərin vəziyyətləri düzgün qiymətləndirmədiklərini üzə çıxarıb. Nəticədə həm Sadıqlı, həm də Mahmudovun sarı vərəqəsi ləğv edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43