Kateqoriyasız

AFFA legioner limitini dəyişəcəkmi?-YENİLƏNİR

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, saat 11:00-da “Park İnn” otelində təşkil olunacaq Konfransda İcraiyyə Komitəsinə 2 yeni üzvü seçiləcək.

Ötən il dünyasının dəyişən Ələkbər Məmmədovun yerinə Vaqif Sadıqovun, İK-dən istefa verən Elmar Qasımovun əvəzinə isə Firudin Qurbanovun namizədliyi irəli sürülüb. Bundan əlavə, legioner limitinin “6+5”dən 7+4 olacağı gözlənilir.

Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

– Prezident tərəfindən salamlama

– Yığıncağın tərkibinin yoxlanılması

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

– Maliyyə hesabatının təsdiq olunması

– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

– Növbəti ilin büdcəsinin təsdiq olunması

– Hər hansı vakant vəzifəyə seçkilər

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması

– Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43