İdman

İdmançımız ukraynalıya qalib gəldi- bunun üçün ona 4 dəqiqə bəs etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünü keçirib.

İdmanxeber.com klubun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı idmançı martın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edib. 84 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin rəqibi ukraynalı Aleksandr Boyko olub.

Peşəkar rinqdə 21-ci döyüşünə çıxan, indiyədək 12 dəfə qalib gələn Ukrayna təmsilçisi Abbasovun qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq 1-ci raundda döyüşün taleyini həll edib. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib.

Beləliklə, 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edən idmançımız 17-ci döyüşündə 13-cü qələbəsini qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43