İdman

AFFA-nın əməkdaşı FIFA-nın tədbirində

Qətərin paytaxtı Dohada “FIFA Executive Football Summit” adlı tədbir keçirilir.

İdmanxeber.com-un məlumatına görə, FIFA-nın prezidenti Gianni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə “FIFA 2.0 – The Vision for the Future” strategiyası, “Forward” Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunur.

Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbərliyinin qatıldığı tədbirdə AFFA-nı baş katibinin müavini Sərxan Hacıyev təmsil edir.

Fevralın 14-də öz işinə başlayan tədbir iki gün davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43