Milli komanda

AFFA-nın ölkə futboluna “töhfəsi”: Millimizdən biabırçı göstərici

AVRO-2020-nin seçmə mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandası səfərdə Slovakiyaya uduzmaqla seçmə mərhələni 1 xalla başa vurub.

“E” qrupunda qərarlaşmış və tskili cəmi 1 xalla başa vuran millimiz bu nəticə ilə Avropanın ən zəif 5 komandasından biridi. Millimiz Litva (1 xal), Estoniya (1 xal), Cəbəllütarix (xalsız) və San Marino (xalsız) kimi yığmalarla eyni siyahıda qərarlaşıb.

Yurçeviçin başçılıq etdiyi komanda Andorra, Lüksemburq, Qazaxıstan, Ermənistan, Malta, Farer adaları və Latviya kimi  komandalardan geri qaldı. Sözügedən yığmaların hamısı bizim millidən daha çox xal toplaya bildi.

Bizim 8 oyunda cəmi bir xal qazanmağımıza qarşılıq qonşularımızdan Ermənistan 10, Gürcüstan isə 8 xalla cavab verdi.

Maraq üçün “İ” qrupunda qərarlaşmış Qazaxıstanın və Kiprin 10 xal topladığını da əlavə edək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43