Milli komanda

Millimiz başladığı kimi bitirdi – Yenilənib

Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub. 7 oyunda cəmi 1 xal qazanan Yurçeviçli millimiz Bratislavada da qeyri-adi heç nə edə bilməyib.

Slovakiya millimizk iki cavabsız qolla məyus edib.

Qrupun digər oyununda Uels Macarsıtanı qəbul edib. Meydan sahibləri qələbə qazanaraq Avro-2020-yə vəsiqə qazanıb.

19 noyabr

Avro-2020-nin seçmə mərhələsi

E qrupu

23:45. Slovakiya – Azərbaycan – 2:0
Qollar: 
Robert Bojenik, 19, Marek Hamşik, 86
Baş hakim: Sergey Boyko


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43