2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” futbol klubunun sponsoru açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi Feysbuk səhifəsinin yaydığı açıqlamada paytaxt təmsilçisinin büdcəsinin əsasən “Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacağı bildirilib.
Qeyd edək ki, 2017-ci ildə yaradılan “Sabah”ın təsisçisi “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynovdur. Klubun prezidenti isə Maqsud Adıgözəlovdur. “Sabah”da Müşahidə Şurası da fəaliyyət göstərəcək və üzvlər yaxın günlərdə açıqlanacaq.