l Divizion

AFFA “Şəmkir”i və “Qardağ Lökbatan”ı cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda birinci divizionun 18-ci turunda baş tutmuş oyunlarla bağlı qərarlar verilib.

“Turan Tovuz” – “Şəmkir” matçının əvvəlində qonaq klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

“Şərurspor” – “Qaradağ Lökbatan” matçının 71-ci dəqiqəsində qonaqların futbolçusu Elmar Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43