Dünya futbolu

“Olimpiakos” baş məşqçisi qovuldu

Yunanıstanın “Olimpiakos” klubu baş məşqçi Paulo Bentu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Super Liqa təmsilçisinin rəsmi saytı xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə xitam verilib. Bentu komandanın uğursuz çıxışına görə postundan göndərilib.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2016-cı ilin avqust ayından Afina klubunu çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43