l Divizion

PFL fevral ayının ən yaxşı qolunun müəllifini açıqladı

Futbol üzrə Azərbaycan I Divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov (“Mil-Muğan”) rəqiblərini qabaqlayıb. Nurəhmədov səslərin 60 faizini toplayıb.

Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub. Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən qaydalara əsasən yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə futbolçu yekun nəticədə ümumi səslərin 60 faizini  toplayaraq, qalib gəlib.

Hücumçu mükafatına martın 10-da keçiriləcək  “Mil-Muğan” – “Zaqatala” oyunundan öncə qovuşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43