Dünya futbolu

Aleksandre Patonun yeni komandası bəlli oldu

Braziliyanın “Sau Paulo” komandası Aleksandre Patonu heyətinə qatdığını açıqlayıb.

Klub rəsmi saytından verilən məlumata görə, 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Milan”, “Villareal” və “Çelsi” kimi komandaların formalarını geyinən braziliyalı forvard daha öncə 2014-2015-cı illərdə də “Sau Paulo”da çıxış etmişdi.

Ötən mövsüm Çinin “Tianjin Tianhai” klubunda çıxıç edən Pato 34 oyunda 19 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43