İdman

Alesio millinin heyətini açıqladı

Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarında iştirak edəcək futzal üzər Azərbaycan yığma komandası hazırlığını davam etdirir. Məşqlərin Bakı Texniki Universitetinin idman zalında keçən millimizin yekun heyəti müəyyənləşib. Bir neçə məşqdə seleksiya işləri aparan və 20-dən artıq futzalçını məşq prosesinə dəvət edən baş məşqçi Joze Alesio da Silva yarış zamanı güvənəcəyi heyəti müəyyənləşdirib.

Yer Ad, Soyad Təvəllüd Klub

1 Rövşən Hüseynli 03.04.1991 Araz

2 Kamran Hacıyev 01.08.1990 Marafon Futsal

3 Elşən İbrahimxəlilov 05.07.1993 FK.İD.Futsal

4 Ramiz Çovdarov 28.07.1990 Araz

5 Fərid Atakişiyev 16.11.1990 EKOL

6 Emin Abbasov 31.08.1994 Avanqard

7 İbrahim Zeynalov 18.09.1995 Marafon Futsal

8 Nihad İsmayılov 11.06.1993 FK.İD.Futsal

9 Adil İsmayılov 18.12.1997 Araz

10 Oruc Baxşəlizadə 12.02.1994 Neftçi

11 Kənan Manafov 20.05.1995 Avanqard

12 Oktay Rüstəmli 04.06.1994 Araz

Komandamız aprelin 7-də Türkiyə yığması ilə qarşılaşacaq. Oyunun başlama saatı barədə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43