İdman

Yığmamız “Səbail”ə uduzdu

Təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Azər Məmmədovun rəhbərlik etdiyi yığma “Səbail”in 17 yaşlılarından ibarət komandası ilə qarşılaşıb. Görüş U-16-nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Füzuli Məmmədovun baş məşqçisi olduğu “Səbail”ə qələbə qazandıran qolu Xəlil Bəşirov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43