Kateqoriyasız

“Alper Potuk transferi alına bilər” – Qurban Qurbanov açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XV turunda “Səbail”i səfərdə 1:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə görüş haqda danışıb.

– Çox vacib 3 xal qazandıq. Startda həmişə tam istədiyin oyunu görmək çətin olur. Ancaq bu gün futboçularda yaxşı oyun nizam-intizamı gördüm. Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. İlk hissədən fərqli ikinci hissədə bir oyun bir qapıya getdi. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm.

 

– Transferlər nə yerdədi? Konkret Alper Potuk məsələsinə aydınlıq gətirərdiniz…

– Bəli, “transfer pəncərəsi”nin bağlanmasına 1 gün qalıb. Gündəmdədi bu transfer. Bizdən asılı olanı etmişik, cavab gözləyirik. Asan deyil, sonadək danışqıları aparırıq.

 

– Başqa transfer gözlənilir?

– Dünən bir legionerdən “yox” cavabı gəldi. Bəlkə alınmaq ehtimalı daha çox idi. Görünən odur ki, yalnız Alper alına bilər.

 

– Riçard Almeydanın yoxluğu hiss olundumu?

– Ətraflı fikir bidliməyim düzgün olmazdı. Almeyda həmişə vacib oyunçu olub. Bu gün olanlar da mənim üçün çox vacibdi. Əsas heyətin üzvünün gedişi təsir edə bilər.

 

– Qış transferiniz Ovusu Kvabenanı nə vaxt yaşıl meydana görə biləcəyik?

– Dəqiq cavab verə bilməyəcəm. Sadəcə, onda komandaya uyğunlaşma problemi ola bilər. Çünki yanvarda çempionatda oyunları vardı, fiziki durumu qaydasındadı. Sadəcə, 3 gün əvvəl məşqdə kiçik zədəsi yarandı. Ona görə risk etmək istəmədik. Br az vaxt lazım olacaq. Təcrübəlilərdən fərqli gənclər gec uyğunlaşır.

 

– Son illərdə çempionluq yolunda qarşısını kəsdiyiniz “Neftçi”ylə növbəti turdakı matçdan nə gözləyirsiniz?

– Heç kimin qarşısını almaq istəmirik. Sadəcə, yuxarı yerlər uğrunda hər bir rəqiblə ciddi mübarizə aparırıq. Vaxtımız azdı. Çox istəkli “Neftçi” gördük. Həmişə oyunlarımız maraqlı olub. Hamı bu matçı gözləyir. Bu gün tam hazır deyilik, tam istədiyimiz futbolu göstərə bilmirik. Rəqibi daha yaxından analiz etməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43