Ölkə futbolu

Alxasov 100-ü yarıladı

Slavik Alxasov “Keşlə”nin heyətində 50-ci çempionat oyununu keçirib.

Müdafiəçinin yubileyi “Neftçi” ilə Topaz Premyer Liqasının IV turuna təsadüf edib. 2016-cı ildən indiki klubunda çıxış edən Alxasov 50 görüşdə 6 qol sevinci yaşayıb.

O, 2016/17 mövsümündə 18 qarşılaşmada 1, ötən çempionatda isə 28 matçda 4 dəfə rəqib qapısına yol tapıb. 25 yaşlı futbolçu cari mövsümün 4 görüşündə də 1 dəfə fərqlənib.

Qeyd edək ki, Alxasov 1999-cu ildən çempionatın yüksək dəstəsində çıxış edən klubun tarixində 50 və daha çox oyun keçirən 42-ci futbolçudur.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43