Ölkə futbolu

“Anamın ağlayaraq orada olduğunu gördüm” – “Keşlə”nin qapıçısı

“Hazırda ağrılarım olmasa da, vəziyyətim heç də yaxşı deyil. Hələki xəstəxanadayam. Gözümün altına tikiş qoyublar. Burnumda isə şiş var. Ancaq ola bilsin durum ciddiləşdi və əməliyyat olundum. Böyük ehtimal buna bugünkü yoxlanışdan sonra qərar veriləcək”.

Bu sözləri bir neçə gün öncə Mahir Mədətovla girdiyi mübarizədə üzündən zərbə alaraq xəstəxanaya yerləşdirilən “Keşlə”nin qapıçısı Şahin Zəkiyev İdmanxeber.az– a verdiyi müsahibədə deyib.  O, həmin epizodda ilk öncə nə baş verdiyini hiss etmədiyni bildirib:

“Mahir üstümdən tullanmaq istərkən dizi sifətimə dəydi. Bir anlıq yerdə qalıdm. İlk öncə nə baş verdiyini bilmirdim. Durub oyuna davam etmək istəyirdim. Daha sonra gözümün qaraldığını, burnumun qəribə şəkildə şişdiyini gördüm. Həkimlər dərhal əvəzolunmağımı tələb etdi. Məni televizordan görüb evdəkilər çox narahat olublar. Mən xəstəxanaya çatanda anamın ağlayaraq orada olduğunu gördüm. Ancaq çox şükür, hazırda ağrılarım yoxdur”.

Gənc futbolçu həmin epizodda qayda pozuntusu olub-olmamasına və Mahir Mədətovun onu xəstəxanaya ziyarətinə gəlməsinə də münasibət bildirib:

“Həmin epizodda qayda pozuntusu var idi. Təəssüf ki, hakim  görmədi. Mahir Mədətova təşəkkür edirəm. O, məni ziyarətə gələrək üzürxahlıq etdi. Elə meydanda da bilərək etmədiyini bildirmişdi. Futbolun içində belə şeylər olur. Ümid edərim ki, tez bir zamanda sağalıb komandam ilə məşqlərə başlayacam”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43