Ölkə futbolu

Ansi Aqolli ABŞ klubuna qoşuldu

“Qarabağ”dan ayrılan Ansi Aqolli karyerasını ABŞ-da davam etdirəcək. 36 yaşlı müdafiəçi Şimali Futbol Liqasında çıxış edən “Nyu-York Kosmos” klubu ilə müqavilə bağlayıb.

Ötən həftə “Qarabağ”la vidalaşan Albaniya millisinin sabiq üzvü artıq okeanın o tayına yollanıb. Təcrübəli müdafiəçi yeni klubuna qoşulub və ilk məşqinə çıxıb.

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Təcrübəli futbolçu Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43