Dünya futbolu

“Antalyaspor”dan Kasilyas bombası

Son 2 ildə transferləri ilə gündəmi zəbt edən “Antalyaspor” yenidən səs-küylü keçid etmək üzrədir.

İdmanxeber.com-un məlumatına görə, ötən mövsüm Samuel Eto`O bombası partladan klub bu yay artıq ulduz futbolçu Ceremi Menezi heyətinə qatıb.

Lakin “Antalyaspor” bununla da kifayətlənmək fikrində deyil. Belə ki, tanınmış jurnalist Canluka Marsionun xəbərinə görə klub prezidenti Ali Şafak Öztürk İtaliyada İker Kasilyasın agenti ilə görüşüb. Hətta deyilənlərə görə artıq bu keçid reallaşmağa çox yaxındır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43