Dünya futbolu

Yaponiya klubu Podolskinin transferini açıqladı

“Qalatasaray”ın hücumçusu Lukas Podolskinin Yaponiyanın “Vissel Kobe” klubuna keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı hücumçu iyunun 6-da ictimaiyyətə təqdim olunacaq.

Müqavilə müddəti və maliyyə şərtləri barədə məlumat verilməyib. Bu transfer üçün “Vissel Kobe”nin “Qalatasaray”a 2 milyon 600 min avro təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Lukas Podolski 2015-ci ildən “Qalatasaray”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43