Kateqoriyasız

Anyete: “Şans “Neftçi”dən üz döndərib” (MÜSAHİBƏ)

Topaz Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” (0:1) oyunundan sonra “Ağ-qaralar”ın hücumçusu Quinta Anyetenin İdmanxeber.com-a müsahibəsi…

– İlk öncə oyunla bağlı nə deyərdin?
– Komanda döyüşkən oyun nümayiş etdirdi. Təssüflər olsun ki, son dəqiqələrdə qol buraxdıq. Lakin, futbolçular bu gün əlindən gələni etdilər.

– Bu gün xal qazanmağa nə çatmadı?
– Sadəcə olaraq bəxtimiz gətirmir. Artıq 3 ya 4-cü dəfədir ki, şansızlıqdan əziyyət çəkirik. Komanda düzgün yoldadır. Lakin, yenə şans bizdən üz döndərib.

– “Neftçi” hazırda 6-cı pillədə qərarlaşıb. komandaya gələndə bu vəziyyətlə qarşılacağı barədə düşünmüşdünmü?
– Komandanın Azərbaycanın köklü klubu olduğunu bilirdim. Sadəcə oyunuzda biraz düşüş yaşanır. Əminəm ki, bu çətinliyi aradan qaldıracağıq.

– “Flaqman”ın ən təcrübəli hücumçususan. Oyuna daha erkən girmək istəmirdin?
– Əlbəttə ki, oyuna daha tez daxil olmaq istədim. İkinci hisssənin əvvəllərindən meydanda mübarizə aparmaq arzusanda idim. Lakin, komandada kimin oynamasından, qol vurmasında asılı olmayaraq mübarizə aparmalıyıq. Əsas məqsədimiz yaxşı oyun nümayiş etdirmək və qələbə qazanmaqdır.

– Oyundan sonra azarkeşlər komanda üzvlərini fitə basdı…
– Onlar tələblərində haqqlıdırlar. “Neftçi” ölkənin ən köklü klubudur və onlar bizdən qələbə tələb edirlər. Hazırda problemlər yaşayırıq. Əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxaq və azarkeşlərimizi sevindirək.

– Dediyin kimi komanda bu mövqeyə layiq deyil. Belə nəticələr əldə edilməsində səbəb nədir?
– Yenə təkrar edirəm, sadəcə son oyunlarda bəxtimiz gətirmir. Çalışacağıq ki, çatışmazlıqları aradan qaldıraq, qələbələr əldə edək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43