Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL baş məşqçisi Tomas Dolla yollarının ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, Nikosiya klubu onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.
Xatırladaq ki, T.Doll bu ilin avqustundan Nikosiya təmsilçisini çalışdırırdı.