İdman

Araz Abdullayev birdəfəlik “Anortosis”ə transfer oluna bilər

Araz Abdullayev hazırda çıxış etdiyi Kiprin “Anortosis” klubuna birdəfəlik trnsfer oluna bilər.

İdmanxeber.com-un “Protathlima”ya istinadən verdiyi məlumata görə, komanda rəhbərliyi və məşqçi heyətinin 25 yaşlı yarımmüdafiəçinin çıxışından razı olduğu və onun gələcəkdə komandaya kömək edəcəyi düşündüyü vurğulanıb. Xəbərdə  A.Abdullayevin müqavilə ilə məxsus olduğu “Qəbələ”nin “Anortosis”dən  bu transfer üçün 150 min avro tələb etdiyi bilirilib.

Klub həmin məbləği ödəyib-ödəməyəcəyi ilə bağlı yekun qərarı hələ verməyib. Bu, onun növbəti matçlardakı çıxışından asılı olacaq.

Qeyd edək ki, A.Abdullayev mövsümün əvvəlindən icarə əsasında “Anortosis”də oynayır


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43