İdman

Araz Abdullayevə cəmi 1 dəqiqəlik şans

Kiprin I Divizionunda XXIX turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb. Famaqusta təmsilçisi səfərdə AEL-lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça ehtiyat oyunçular skamyasında başlayan Araz 89-cu dəqiqədə meydana çıxıb. 

Qeyd edək ki, 29 oyundan sonra 60 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43