Kateqoriyasız

Araz Ağalarov 2018-ci il dünya çempionatı üçün stadion tikdirəcək

2018-ci il Rusiyada təşkil olunacaq dünya çempionatı üçün Rostov şəhərində stadion tikmək hüququna azərbaycanlı iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti sahib çıxıb. Bu barədə “Don News” regionun yüksək rütbəli şəxsinə istinadən məlumat verib.

Tikinti işlərini yerinə yetirmək üçün tender elan edilməyib. Hüquq sahibi təyinatla müəyyənləşdirilir. Göstərişi ölkə prezidenti Vladimir Putin Baş nazir Dmitriy Medvedevə həvalə edib.

Araz Ağalarov həmçinin Kalininqraddakı stadionu da inşa etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43