Ölkə futbolu

“Araz-Naxçıvan” – “Xəzər Lənkəran” oyunu canlı yayımda

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində Naxçıvanda keçiriləcək “Araz-Naxçıvan” – “Xəzər Lənkəran” oyunu canlı yayımlana bilər.

İdmanxeber.com-un məlumatına görə, heç bir telekanalın mavi ekranlara çıxartmayacağı matç internet üzərində klubun rəsmi saytı vasitəsi ilə canlı yayımlanması gözlənilir. Bu oyunun canlı yayımlanıb-yayımlanması XL-in rəsmi TV-si vasitəsi ilə bəlli deyil, ancaq yerli klubun bu oyunu canlı nümayiş etdirməsi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43