Ölkə futbolu

“Araz Naxçıvan”da qeyri-müəyənlik: Biri getdi, biri qayıtdı

Öncədən də qeyd etdiyimiz kimi "Araz-Naxçıvan"ı  tərk edən Elgiz Kərimli yenidən komandaya qoşulub.Digər tərəfdən isə dünən komandanı daha bir perespektivli futbolçu – Akif Tağıyev tərk edib.

İdmanxeber.com sizi bu gedişlə bağlı dünən məlumatlandırmışdı. Lakin Tağıyevin hansı səbəbdən komandanı tərk etməsi məlum deyildi.

Sabiq "Xəzər Lənkəran"lının Naxçıvan klubundan ayrılmasına səbəb əvəzedici heyətdə oynamaq istəməməsi olub. Debütantın baş məşqiçisi Əsgər Abdulayev Akif Tağıyevi  əvəzedici heyyətə göndərmək istəyib. Buna görədə Akif komandadan ayrılıb. Əsgər Abdullayevin bu qərarı azarkeşlər tərəfindən bir mənalı qarşılanmayıb. Belə ki Akif sərgilədiyi oyunla Naxçıvan azarkeşlərinin sevimli oyunçusuna çevrilməyi bacarmışdı. 

Xatırladaq ki, ilk turda Neftçi komandası ilə oyunda 3-cü qolda David Canalidzenin fərqlənmsinə şərait yaratmışdı. Akif Tağıyevin hansı komanda da karyerasına davam edəcəyi məlum deyil.

Hüseyn Hacıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43