l Divizion

“Araz Naxçıvan”dan maraqlı addım

Azərbaycan I Divizionunun ikinci dövrəsinin başlamasına az bir müddət qalmış “Araz-Naxçıvan” PFK-ya psixoloq cəlb olunub. Bu barədə klubun rəsmi saytına açıqlamasına baş məşqçi Əsgər Abdullayev məlumat verib. O, çempionatda çıxış edəcək futbolçularının hazırlığı ilə yanaşı, həm də mənəvi-psixoloji durumunun da lazımi səviyyədə olmasının vacib olduğunu vurğulayıb. Buna görə o, komandaya psixoloqun cəlb olunmasını məqsədəuyğun sayıb. Futbolçularla işləyəcək psixoloqun adı artıq məlumdu. Tanınmış psixoloq Dəyanət Rzayev bu həftə ərzində iki dəfə futbolçularla fərdi söhbət edib və “Bakılı” ilə matça kimi onun daha iki dəfə komanda üzvüləri ilə görüşəcəyi dəqiqdi.

Tanınmış psixoloqun işi bununla yekunlaşamayacaq. Belə ki, qarşıdakı günlərdə o, baş məşqçinin müəyyən etdiyi vaxta yenidən futbolçularla fərdi olaraq görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43