Dünya futbolu

Argentinalı futbolçu “Qarabağ”ın təklifini rədd edib

“Qarabağ” yay transfer pəncərəsində Donetsk “Şaxtyor”un hücumçusu Qustavo Blankonu heyətinə qatmaq istəyib.

Argentina mətbuatının verdiyi məlumata görə,  26 yaşlı forvard “Qarabağ”, “Sportinq” (Xixon), “Malyorka”,”Srvena Zvezda” və Sofiya ÇSKA-sından da təklif alıb. Lakin Donetsk təmsilçisi argentinalı futbolçunu İspaniya Sequndasında mübarizə aparan “Malaqa”ya 1 illik icarəyə verib. “Malaqa” Qustavonu 2,5 milyon avro ödəyərək, birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Qustavo ölkəsində “Arsenal Sarandi” klubunun yetirməsidir. Blanko 2017-ci ildə “Karpatı”dan “Şaxtyor”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43