Ölkə futbolu

Armenteros: “Komandanın özəyini…”

“Azərbaycan neft ölkəsidir. Bakı çox müasir şəhərdir. Mənə mini Dubayı xatırladırdı. Gözəl mehmanxana və restoranlar var idi. Çimərliklər də əla idi. Şəhərin mülayim küləyindən həzz almaq mümkün idi”.

 

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, bu fikirlər “Qarabağ”ın sabiq futbolçusu Samuel Armenterosa aiddir.

 

Yay fasiləsində Ağdam təmsilçisi ilə yollarını ayıran isveçli forvard ölkəsini  mətbuatına verdiyi açıqlamada sabiq klubu haqda danışıb. 26 yaşlı forvard “Qarabağ”ın legionerlər çox pul xərclədiyini bildirib:

 

“Komandanın özəyini braziliyalı Riçard Almeyda təşkil edir. Həmçinin Kintananı da qeyd etmək olar. Komanda legionerlərə çox pul xərcləyir. “Göteborq”dan 5 dəfə çox. Riçard klubda ən çox məvacib alan futbolçudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43