Dünya futbolu

Sabiq “Qalatasaray”lı futbolçu Yunanıstana qaçdı

“Qalatasaray”ın veteran futbolçusu Arif Erdem Türkiyədən qaçıb. 

İdmanxeber.com-un yerli mətbuata istinadən verdiyi məlumata görə, Fətullah Gülənlə işbirliyində ittiham olunan sabiq futbolçu Yunanıstana üz tutub.

Arif Erdemin Türkiyədə baş tutmayan hərbi çevrilişdən 8 gün sonra, yəni iyulun 23-də Ədirnə vilayətinin İpsala sərhəd məntəqəsindən Yunanıstana qaçdığı bildirilir.

Qeyd edək ki, dünən İstanbul Prokurorluğu “Qalatasaray”ın 3 sabiq futbolçusu – Arif Erdem, Uğur Tütüneker və İsmail Demiriz barəsində həbs qərarı qəbul edib.

1991-2005-ci illərdə “Qalatasaray” klubunun şərəfini qoruyan Arif Erdem 60 dəfə Türkiyə millisinin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43