Kateqoriyasız

“Arpaçay” və “Sədərək”dən qələbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə XII muxtar respublika futbol çempionatında ikinci turun oyunlarına yekun vurulmuşdur.

Turun “Kəngərli” və “Dübəndi” komandaları arasında baş tutan ilk oyunu 5:5 hesablı bərabərliklə başa çatmışdır. “Sədərək”-“Əlincə” görüşündə sədərəklilər 3 top üstünlüyü ilə (5:2) qələbə əldə edə bilmişlər.

“Universitet”-“Batabat” qarşılaşmasında hesab 4:2 olmuşdur.

Növbəti görüşdə yeni yaranmış “Araz-2” komandası “Babək” ko-mandasının qapısından 3 cavabsız top keçirmişdir. Turun sonuncu oyununda öz meydanında “Arpaçay” komandasını qəbul etmiş, “DİN FK” rəqibini 1:0 hesabı ilə məğlub etmişdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43