Dünya futbolu

“Arsenal” – “Qarabağ” oyununun hakimləri bilindi

Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yens Qrabski Maae olacaq. Onun koməkçiləri isə Lars Hummelqaard və Heyne Sorensendir. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” oyunu dekabrın 13-də Londondakı “Emireyts” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43