Dünya futbolu

“Arsenal” Vengerlə yeni müqavilə imzalayır

“Arsenal” baş məşqçisi Arsen Vengerlə müqavilənin müddətini uzadacaq.

Bu haqda “The Telegraph” nəşri məlumat yayıb. Yeni müqavilənin şərtlərinə əsasən, fransalı mütəxəssis daha 2 mövsüm London komandasını çalışdıracaq.

Bundan sonra klubda struktur dəyişikliyinin aparılacağı da gözlənilir. Komandanın uzunmüddətli planlarını hazırlamaq üçün “Arsenal”a bir mütəxəssisin dəvət ediləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43