İdman

“Arsenal” yeni transferini təqdim etdi

“Arsenal” yeni transferini təqdim edib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “topçular” “Deportivo”nun hücumçusu Lukas Peresin keçidini rəsmiləşdirib.

 

London təmsilçisi keçidi bəyan etsə də, müqavilənin detalları barədə heç bir məlumat verməyib. Ancaq yayılan informasiyaya görə, “Deportivo” bu transferdən 20 milyon avro əldə edib. 28 yaşlı forvardın isə 3 və ya 4 illik müqavilə imzaladığı bildirilib.

 

Qeyd edək ki, Lukas Peres ötən mövsüm La Liqada keçirdiyi 36 oyunda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43