Dünya futbolu

“Arsenal”dan getdi – RƏSMİ

“Arsenal”da növbəti ayrılıq reallaşıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolusu  Aleksandr Lakazett ilə yollarını ayırıb.

32 yaşlı hücumçunun iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb. Fransalı oyunçu komandanı azad agent qismində tərk edəcək.

Lakazett 2017-ci ildən “topçular”ın formasını geyinib. Forvard meydanda çıxdığı 206 matçda 71 qola imza atıb. Onun Fransa “Lion”una keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43