Dünya futbolu

“Arsenal”ın qolkiperinə 2 təklif var

”Nyukasl” və “Çelsi” Aaron Remsdeyllə yaxından maraqlanır.

İdmanxeber.az məlumat verir ki, 25 yaşlı qolkiperin hazırki klubu “Arsenal”dan yayda ayrılacağı gözlənilir. O, David Rayanın gəlişindən sonra əsas heyətdəki yerini itirib.

Remsdeyl bu mövsüm cəmi 11 oyuna çıxıb.

Transfermakt portalına görə qolkiperin transfer dəyəri 25 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43