Dünya futbolu

“Arsenal”ın yeni transferi: “Düşünürdüm ki, komanda üçün böyük rol oynayacam”

"Arsenal"ın yeni transferi Lukas Peres yeni komandasındaki durumundan razı deyil.

İdmanxeber.com-un məlumatına görə, Peres bu haqda "Onda Cero"ya açıqlamasında deyib.

Futbolçu oyun oraktikasının azlığından şikayətlənir:

"Londona ilk dəfə gələndə düşünürdüm ki, komanda üçün böyük rol oynayacam. Bura həqiqətən böyük ümidlərlə gəlmişdim. Ümid edirəm ki, daha çox şans qazanacam. Amma indi mümkün olan bütün imkanlardan istifadə etməliyəm.

Mənim mövqeyimdə oynayan komanda yolaşlarım yaxşı iş görürlər. Biz ardıcıl 7 qələbə qazandıq. Baş məşqçi komandadan ən yaxşını tələb edir və buna görə də heyəti müəyyən edir"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43