Kateqoriyasız

“Artıq azarkeşlər də “Neftçi” – “Qarabağ” oyununa “Avropa derbisi” adı qoyub”

Həftə sonu “Qarabağ”la vacib oyuna çıxacağıq. Bu iki komandanın indiyə kimi keçirilmiş bütün Azərbaycan çempionatlarında çıxış etməsi çox şeydən xəbər verir. Bu komandalar arasındakı matçlar hər zaman böyük maraq doğurub”

Bunu “Neftçi”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqanın 8-ci turunda “Qarabağ”la oyun öncəsi klubun rəsmi saytına açıqlamasında deyib.

Sadiqov bildirib ki, bu qarşılaşma  avrokubokların oyunlarından heç də geri qalmır: “Ötən mövsümdə rəqib çempionluq yolunda sona kimi mübarizə aparsa da, həlledici anda biz güclü olduğumuzu sübut etdik. Artıq azarkeşlər də “Neftçi” – “Qarabağ” oyununa “Avropa derbisi” adı qoyub. Məncə də bu qarşılaşma avrokubokların pley-off, yaxud qrup oyunlarından heç nəyi ilə geri qalmır. Azarkeşlər bilsinlər ki, bizim uğurumuz onların dəstəyindən də asılıdır”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı sentyabrın 28-i saat 19:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43